Bayram günü şort geyinən qiz döyüldü - VİDEO

Bayram günü şort geyinən qiz döyüldü - VİDEO
  16 Sentyabr 2016    Oxunub:4870
Türkiyədə qeyri-adi hadisə baş verib.
AzVision.az Türkiyə mətbuatı xəbər verir ki, Qurban bayramının birinci günündə Ayşegül Terzi adlı gənc qız şortiklə avtobusa minib. Bu zaman ətrafdakı insanlar tərəfindən bayram günü şortik geyindiyi üçün qınanılan qıza hücum edilib. Bir nəfər isə qıza hücum çəkərək ona zərbələr endirib. 23 yaşında qızı döyərkən nə sürücü, nə də digər sərnişinlər olaya müdaxilə etməyiblər.

Üstəlik həmin adam qıza “şortik geyinənlər ölməlidi”, “sən şeytansan” deyə ifadələr də səsləndiriblər. Müxtəlif bədən xəsarətləri alan qız nə baş verdiyini anlamadığını və çox qorxduğunu bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti