`Avropa İttifaqı kritik vəziyyətdədir` - Merkel

`Avropa İttifaqı kritik vəziyyətdədir` - Merkel
  16 Sentyabr 2016    Oxunub:1454
"Avropa İttifaqı (Aİ) kritik vəziyyətdədir və problem liderlərin bir görüşü ərzində həll oluna bilməz".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Bratislavada keçirilən Aİ-nin qeyri-rəsmi sammitinə gəlişi zamanı deyib.

"Atılan addımlarla təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım və əmək bazarı məsələlərində daha yaxşı nəticə əldə edə biləcəyimizi göstərmək lazımdır", - deyə Merkel bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti