Dinləmələrdə azərbaycanlılardan çox ermənilər iştirak edib

Dinləmələrdə azərbaycanlılardan çox ermənilər iştirak edib
  17 Sentyabr 2016    Oxunub:8002
ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsiri ilə bağlı dinləmələrdə Ermənistan və erməni diasporunun 10-dan artıq nümayəndəsi iştirak edib.

AzVision.az xəbər verir ki, bu barədə haqqin.az portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Tədbirdə iştirak edənlərin sayının 20-ni keçmədiyini nəzərə alsaq, bu fakt ciddi narahatlıq doğurmaya bilməz.

Tədbirdən sonra yayılan fotolarda dinləmələrdə ABŞ-ın erməni konqresinin nümayəndələri Raffi Karakaşyan və Armen Saakyanın aktiv şəkildə iştirak etməsi görünür. Yeri gəlmişkən, Armen Saakyan Azərbaycan auditoriyasına Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın oğlu kimi tanışdır. Fotoda o sağdan birinci yerdə durub.



İkinci fotoda isə Karakaşyan və Saakyanın zalda oturduğu və Azərbaycanda insann haqlarının pozulması barədə hesabatı diqqətlə izlədiyi görünür. Onların yanında əyləşən qızlar da ABŞ-da erməni diasporunun nümayəndələridir.



Üçüncü foto “Amerikanın Səsi” radiostansiyasının erməni bölməsinin əməkdaşları ilə diqqəti çəkir. Nə qədər qəribə də olsa, ABŞ-da Azərbaycanla bağlı dinləmələri Azərbaycan və amerikalı jurnalistlər deyil, məhz erməni jurnalistlər aktiv şəkildə işıqlandırıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti