Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
  10 Avqust 2013    Oxunub:1344
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Haisam Calal belə deyib.
"Misir Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli haqda Beynəlxalq təhlükəsizlik Şurasının və Beynəlxalq təşkilatların qərarlarını dəstəkləyir".

Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Haisam Calal jurnalistlərə müsahibəsində bildirib. Misirli diplomat həmçinin qeyd edib ki, Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi hər zaman Azərbaycanın yanındadır:

"Misir fevral ayında Qahirədə Keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə sammitində Dağlıq Qarabağ münaqişəsinin həlllində Azərbaycanı bir daha dəstəklədi.

Həmin konfransın sonunda çox dəyərli bir bəyannamə elan olundu. Birincisi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi. Azərbaycanın haqqıdır ki, öz ərazisini işğaldan azad etsin. İkincisi, Azərbaycanın haqqıdır ki, Dağlıq Qarabağdakı öz mədəni irsini qorusun. 3-cü isə Dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəldilməsi. Bu da onu göstərir ki, Misir Azərbaycanı Qarabağ münaqişəsində tam dəstəkləyir".

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti