UEFA-nın yeni prezidenti Bakıya gələcək

UEFA-nın yeni prezidenti Bakıya gələcək
  22 Sentyabr 2016    Oxunub:1854
UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.
AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək. UEFA rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib.

Qeyd edək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti