Çəhrayı rəngli planet kəşf olunub

Çəhrayı rəngli planet kəşf olunub
  10 Avqust 2013    Oxunub:2453
NASA alimləri Yerdən 57 işıq ili uzaqlıqda olan və Günəşə bənzəyən yeni planet kəşf ediblər.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Havay ştatında Subaru teleskopu ilə görünən GJ 504b adlı planet çəhrayı rəngdədir. Ölçüsünə görə Yupiter boyda olan planetin həcmi ondan 4 dəfə çoxdur.

NASA Goddard Kosmos Mərkəzinin astrofiziki Maykl MakElveyn planetdə ətrafın albalı çiçəyi rəngində göründüyünü deyib: “Bu planetə səyahət edə bilsək görərik ki, ətraf albalı çiçəyi rəngindədir. Araşdırmalarımız göstərir ki, müşahidə etdiyimiz digər planetlərdən fərqli olaraq bu planetin rəngi mavi deyil. Bu həm də onun atmosferində buludun az olmasına işarədir”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti