Moskvada dəhşətli yanğın - 8 FHN işçisi öldü

Moskvada dəhşətli yanğın - 8 FHN işçisi öldü
  23 Sentyabr 2016    Oxunub:2283
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Moskvanın Amur küçəsində plastik məmulatlar anbarının yağın baş verən ərazisindən 8 yanğınsöndürənin meyitini aşkar ediblər.
AzVision.azTASS-a istinadən xəbər verir ki, yanğınsöndürənlər güclü alov, yüksək temperatur və qatı tüstü səbəbindən xilas ola bilməyib.

Məlumata əsasən yanğınsöndürənlər anbarda olan qaz balonları və kompressorların partlayışının qarşısının alınması məqsədilə soyutma işləri üçün binanın damında su ehtiyatı toplamaq istəyiblər.

"Onlar hadisə yerinə hamıdan əvvəl gələrək yanğın kəşfiyyatı aparıb, 100-dək işçisini təxliyə ediblər. Lakin yanğın nəticəsində anbarın damı çöküb və yanğınsöndürənlər dağıntılar altında qalaraq həyatlarını itiriblər", - deyə FHN-nın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti