Ərdoğan Putini təbrik etdi – Türkiyə seçkiləri tanımadı

Ərdoğan Putini təbrik etdi – Türkiyə seçkiləri tanımadı
  23 Sentyabr 2016    Oxunub:4557
Rusiya Dövlət Dumasına Krım yarımadasında keçirilən seçkilərin nəticələri hüquqi reallığı əks etdirmir.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgic bildirib.

Onun sözlərinə görə, Türkiyə Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Ona görə də Krımda keçirilən seçkilərin nəticələri hüquqi cəhətdən keçərli deyil".

Qeyd edək ki, sentyabrın 22-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Rusiyada parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Vladimir Putini təbrik edib. Söhbət zamanı həmçinin Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişaf məsələləri və Suriya münaqişəsi müzakirə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti