Rumıniyanın adı dəyişdi

Rumıniyanın adı dəyişdi
  10 Avqust 2013    Oxunub:1473
Rumıniyada ölkənin adının dəyişdirilməsi üçün imza toplanmağa başlanıb.
AzVision.az xəbər verir ki, imzanın toplanması üçün 3,4 min nəfər təşəbbüs göstərib. Təşəbbüsçülər onları qaraçılar və ya romalılarla səhv salınmasını istəmədikləri üçün bu addımı atıblar. Təklif olunan alternativ ad Dakiyadır. Antik dövrdə dak tayfalarının yaşadığı böyük coğrafi ərazi indi Rumıniya adlanır.

Bu təşəbbüsü irəli sürənlər hazırladıqları ərizəni “Causes.com” portalında yerləşdiriblər. Müəlliflər 150 min imza toplayacaqlarına ümid edirlər. Çünki bu halda Rumıniya parlamenti onların təşəbbüsünə baxacaq.

Qeyd edək ki, Rumıniya indiki adını XIX əsrin ortasından daşıyır. Dak hökuməti xristian hesablamasına görə II-I əsrlərdə yaranıb. Dakiya II əsrdə Roma imperiyasını tutub və bundan sonra ərazidə romanlaşma prosesi gedib. Hazırda tarixi Dakiya ərazisinə Rumıniyadan başqa, Serbiya, Macarıstan, Ukrayna və Moldova dövlətlərində rast gəlinir.

AzVision.az


Teqlər:  





Xəbər lenti