`Venesiya Komissiyası siyasi sifarişi yerinə yetirib` - Əli Həsənov

`Venesiya Komissiyası siyasi sifarişi yerinə yetirib` - Əli Həsənov
  24 Sentyabr 2016    Oxunub:2035
"Avropa Şurasına daxil olduqdan sonra Azərbaycan hökuməti hər zaman Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq edib. Tərəflər ümumi dil tapıb və bir-birinin mövqeyinə hörmətlə yanaşıb".
Bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi ilə bağlı tənqidi iradları haqqında məsələni şərh edərkən bildirib.

"Təəssüf ki, Azərbaycanda referendum məsələsi ilə bağlı Komissiyanın bütün prosedur qaydaları kobud şəkildə pozulub. Məsələni ənənəvi olaraq üç ay ərzində nəzərdən keçirən komissiya bu dəfə, Azərbaycan tərəfinin eşidilmə hüququna məhəl qoymadan, tələsik olaraq və konspirativ şəkildə, iki həftə ərzində çox sayda kobud səhvləri olan rəyini hazırlayıb və açıqlayıb.

Venesiya Komissiyası ilə əməkdaşlıq təcrübəsindən irəli gələrək, eləcə də onun fəaliyyət xarakterini nəzərə alaraq, əminliklə demək olar ki, bu struktur öz nüfuzunu saymayaraq, məcburi şəkildə siyasi sifarişi yerinə yetirib" - Ə.Həsənov bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti