İrlandiya qarşıdurmasında 26 polis yaralandı

İrlandiya qarşıdurmasında 26 polis yaralandı
  10 Avqust 2013    Oxunub:969
Şimali İrlandiyada katoliklərlə polislər arasında baş verən toqquşmada 26 polis yaralanıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, qarşıdurma Belfast şəhərində İrlandiyanın birləşməsini dəstəkləyən katoliklərin paradı zamanı baş verib.

Protestant icmasının üzvləri və Şimali İrlandiyanın Birləşmiş Krallıq tərkibində saxlanılmasının tərəfdarları şəhərin əsas küçəsinə gedən yolu kəsməyə çalışıblar. Onlarla polislər arasında toqquşma baş verib. Katoliklər polislərə kərpiclərlə və butulkalarla hücum ediblər. İzdihamı dağıtmaq üçün polis rezin güllələrdən istifadə edib. Nəticədə 26 polis yaralanıb. Onların beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, əks tərəfdən iki nəfər yaralanıb. Bundan başqa, qarşıdurmada bir neçə avtomobil yandırılıb və mağazaların şüşələri sındırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti