`ABŞ hərbçiləri Obamaya tabe olmur` - Lavrov

`ABŞ hərbçiləri Obamaya tabe olmur` - Lavrov
  26 Sentyabr 2016    Oxunub:1645
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ hərbçilərinin prezident Barak Obamanın əmrlərinə tabe olmadığını ehtimal edib.
AzVision.az xəbər verir ki bu barədə Lavrov `NTV` telekanalına müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, Vaşinqton Suriyada baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq istəyir. Nazirin sözlərinə görə, Rusiya ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya 100% inanmır.

XİN rəsmisi əlavə edib ki, ABŞ-ın rəhbərlik etdiyi kolasiya İŞİD-lə mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti