Yəhudilər ermənilərə qarşı: `Rədd olun buradan`

Yəhudilər ermənilərə qarşı: `Rədd olun buradan`
  26 Sentyabr 2016    Oxunub:2191
Qüdsdə erməni kilsəsində qalmaqal salaraq kilsə xorunun oxumasına mane olan “Lehava” təşkilatının sədri Bentsi Qopşteyn və təşkilatın üzvü polis tərəfindən saxlanılıb.

AzVision.az “Timesofisrael” saytına istinadən xəbər verir ki, hadisə Qüdsdə təşkil edilən mədəniyyət festivalında baş verib.

Təşkilat üzvləri Qüdsdə erməni kilsəsinin xor oxuduğu zaman zala daxil olaraq uca səslə “Rədd olun, Suriyaya qayıdın” deyə etirazlarını bildiriblər. Nəticədə xor öz çıxışını dayandırıb. Hadisə yerinə gələn polis aktivistləri həbs edib.

Qeyd edək ki, radikal çıxışları ilə tanınan “Lehava” təşkilatı qeyri-yəhudilərin assimilyasiya edilməsinə və qarışıq nikahlara qarşı çıxırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti