`Barsa` və `Real`ın formasını geyinənlərə 80 şallaq vurulacaq

`Barsa` və `Real`ın formasını geyinənlərə 80 şallaq vurulacaq
  26 Sentyabr 2016    Oxunub:4782
İŞİD “Barselona”, “Real”, “Mançester Yunayted” və “Milan” futbol komandalarının formalarını geyinməyi qadağan edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İŞİD iki idman firmasının istehsal etdiyi formaları geyinənnlərin cəzalandırılacağını bəyan edib.

“Mançestr Yunayted”, “Mançestr Siti”, “Milan”, “Çelsi”, “Real”, “Barselona” kimi klubların Fransa, ABŞ, İngiltərə kimi milli komandaların formaları terror təşkilatı tərəfindən “qara siyahı”sına salınıb.

Bu komandaların formalarını geyinənlərə 80 şallaq vurulacağı açıqlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti