Kanadada təyyarə qəzası: 2 ölü, 1 yaralı

Kanadada təyyarə qəzası: 2 ölü, 1 yaralı
  27 Sentyabr 2016    Oxunub:973
Kanadanın Kvebek əyalətində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
TASS agentliyinin məlumatına görə, “Cessna 206” təyyarəsi yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.

Təyyarənin pilotu ağır yanıq xəsarətlər ilə xəstəxanaya çatdırılsa da, onun iki sərnişini hadisə yerində ölüb.

İnsidentlə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti