Baş məşqçi ifşa olundu: biabırçı korrupsiya qalmaqalı

Baş məşqçi ifşa olundu: biabırçı korrupsiya qalmaqalı
  27 Sentyabr 2016    Oxunub:4393
Britaniya futbolunda böyük qalmaqal yaşanır. `The Telegraph` qəzetinin jurnalistləri İngiltərə yığmasının baş məşqçisi Sem Elardaysın korrupsiya əməlinin üstünü açıblar.

Belə ki, jurnalistlər Asiyadan olan varlı biznesmen adı ilə pərdələnərək, baş məşqçi ilə bir neçə görüş keçiriblər. Məqsədləri guya Premyer-liqada oyunçu transferlərindən qazanmaq olub.

Elardays söz verib ki, müəyyən ödənişin qarşılığında öz mövqeyindən istifadə edərək, onlara yardım göstərə bilər. Göstərəcəyi xidmətə görə məşqçi 400 min funt istəyib.

Sözünün doruluğunu sübut etmək üçün Sem Elardays “biznesmen” adı ilə pərdələnən jurnalistlərə izah edib ki, İngiltərə Futbol Assosiasiyasının üçüncü şəxslərin futbolçulara sahiblənmək hüququnu məhdudlaşdıran qaydalarından necə yan keçmək olar.

Jurnalistlər onunla bütün söhbəti gizli kameraya çəkib, sonra isə yayımlayıblar.

Güman ki, bu qalmaqaldan sonra baş məşqçi istefa verəcək.

Qeyd edək ki, Sem Elardays bu ilin iyulundan Britaniya yığmasına məşqçilik edir.

Tariyel


Teqlər:





Xəbər lenti