Erməni futbol hakimləri həbs edilib

Erməni futbol hakimləri həbs edilib
  11 Avqust 2013    Oxunub:1173
Avropa Liqası çərçivəsində keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə ömürlük diskvalifikasiya olunmuş iki erməni hakim barəsində 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.
AzVision.az-ın məlumatına görə, bu barədə “İTAR-TASS” informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müvafiq hökm ötən gün İrəvanın Nork Maraş inzibati rayon məhkəməsi tərəfindən Ermənistan Polisinin Baş İstintaq İdarəsinin iddiası əsasında çıxarılıb.

Qapalı keçən məhkəmə iclasından sonra Andranik Arsesyan və Ovanes Avakyan Ədliyyə Nazirliyinin “Nubaraşen” həbsxanasına etap olunub.

Xatırladaq ki, avqustun 6-da Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.

Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın “İnter” və Farer adalarının “Vikinqur” komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Oqanes Avaqyandan gedir.

Qeyd edək ki, totalizatorlarda “İnter” - “Vikinqur” matçına qoyulan həddindən artıq yüksək pul qoyuluşları UEFA nümayəndələrinin diqqətindən yan keçməyib. Belə ki, oyunun nəticəsinə hətta 300 min avro məbləğində pul qoyuluşları olduğu bildirilir. Sövdələşmənin iştirakçısı olan erməni hakimlər “lazımi” nəticəni təmin etməyi öz üzərilərinə götürüblərmiş. Bu səbəbdən də, onlar matç ərzində bir neçə dəfə əsassız penalti təyin ediblər.

Ekspert Komitəsi və Ermənistan Futbol Federasiyasının rəhbərliyi hadisə ilə bağlı hərtərəfli araşdırma aparıb. Qeyd edək ki, Arsenyan və Avaqyan təqsirli olduqlarını və sövdələşmədə iştirak etdiklərini etiraf ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti