Erməni hərbçinin müəmmalı ölümü - Atası etiraz edir
"Rəsmi açıqlamaya əsasən, oğlum "döyüş növbəsində olarkən, qaydaları pozduğu üçün" ölüb. Lakin mən onun güllələnərək öldürüldüyünü düşünürəm. Çünki hadisədən bir neçə gün əvvəl onun pulunu və şəxsi əşyalarını oğurlamışdılar. Bu hadisə ilə bağlı mübahisənin davam etdiyini və postda onun öldürüldüyündən şübhələnirəm. Mənə verilən arayışa görə, müqavilə əsasında hərbi xidmət edən, növbətçiliyə məsul şəxs Ayk Seyranyan xidməti qaydaları pozaraq sayıqlığı itirib və vəzifəsinin öhdəsindən gələ bilməyib. O, növbə zamanı Arman Qandilyanı görə bilmədiyindən atəş açıb. Qətldə şübhəli bilinən Seyranyan isə ona azərbaycanlı əsgər olduğunu zənn edərək atəş atdığını bildirib".
Qeyd edək ki, A.Qandilyan bu ilin sentyabrın 7-də ölüb.
Eldar Tanrıverdiyev
AzVision.az