Ermənistanda qadın deputatlar dalaşdı - VİDEO
Konkret Gümrü şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürən müxalif Vardevan Qriqoryanın oğlunun ölümünə toxunan deputat bunun sifarişli qətl olduğunu bəyan edib: "Xalq artıq hər şeyi görür və anlayır. Ermənistanda cəmiyyət sarsıntı içindədir, insanlar ədalətsizlik və qanunsuzluqla idarə olunur. Hazırda xalq yüksək vəzifəli şəxslərin hamısını ölü görmək istəyir. Ermənistan əhalisinin 50 faizi acdır. Oğru məmurlar cəzalandırılmasa, bu baş verəcək", - deyə Postancyan əlavə edib.
Bundan sonra parlamentin iclasında digər qadın deputat - hakim Respublika partiyasının təmsilçisi Karine Poqosyanla Postancyan arasında mübahisə yaşanıb.
Müxalifət təmsilçisi ona keçmiş baş nazir Ovik Abramyanın qohumu olduğunu xatırladıb, dediklərinin birbaşa ona və yaxınlarına ünvanlandığını bildirib.
Daha sonra zalda mikrofonlar söndürülüb. Vitse-spiker Ermine Naqdalyan tərələri sakit olmağa dəvət edib.
Eldar Tanrıverdiyev
AzVision.az