`Yeni nazirlər küçədən gəlib` - Erməni deputat (Video)

`Yeni nazirlər küçədən gəlib` - Erməni deputat (Video)
  28 Sentyabr 2016    Oxunub:2280
`Ermənistan hakimiyyətinin yeni nazirləri küçədən gəlib. Onların heç birinin siyasi təcrübəsi yoxdur`.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri bu gün parlamentdə çıxış edən Zarui Postancyan bildirib.

Deputatın fikrincə, yeni nazirlərin onlara tapşırılan sahələrdən xəbəri yoxdur: “Deyirlər, onlar menecerdirlər və biznesdən gəliblər. Lakin hökuməti idarə etmək menecmentlik deyil, bu, siyasətdir. İqtisadiyyat Nazirliyinin adını dəyişib İnvestisiyalar Nazirliyi qoyub və ölkəyə sərmayələrin axacağını gözləmək lazım deyil. Düzgün rəqabət şəraiti lazımdır. Yalnız onda 10 milyonluq erməni diasporu sərmayəni Gürcüstana deyil, Ermənistana yatıracaq”, - deyə erməni deputat deyib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti