Pereslə vida mərasimi keçirilir - ABŞ bayraqları endirildi

Pereslə vida mərasimi keçirilir - ABŞ bayraqları endirildi
  29 Sentyabr 2016    Oxunub:2519
Qüdsdə İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimi keçirilir.
AzVision.az İsrail KİV-inə istinadən xəbər verir ki, sentyabrın 28-də 93 yaşında vəfat edən mərhum dövlət başçısının tabutu İsrail ordusunun 6 generalının müşayiəti ilə açıq hərbi avtomobillə parlamentin binasına gətirilib.

İsrail prezidenti Reuven Rivlin, baş nazir Binyamin Netaniyahu, parlamentin sədri Yuli Edelşteyn, parlamentdəki müxalifətin başçısı İtshal Gertsoq 9-cu prezidentin tabutunun önünə gül dəstəsi və əklil qoyublar.

Mərhum prezident sabah günortadan sonra dəfn olunacaq. Sabah səhər isə Pereslə rəsmi vida mərasimi baş tutacaq. Səksən ölkənin rəsmi nümayəndələrinin İsrailə səfər edəcəyi gözlənilir. Rusiyanı mərasimdə Federasiya Şurasının spikeri Valentina Matviyenko təmsil edəcək.

ABŞ prezidenti Barak Obama isə Şimon Pereslə vidalaşmaq üçün bu gün İsrailə gedir. Amerikalı liderinin tapşrığı ilə ABŞ bayrağı bütün rəsmi müəssisələrdə, diplomatik nümayəndəliklərdə, hərbi bazalarda endirilib.

Qeyd edək ki, Ş.Peres sentyabrın 30-da dəfn ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti