İŞİD-ə qoşulan güləşçi öldürüldü

İŞİD-ə qoşulan güləşçi öldürüldü
  29 Sentyabr 2016    Oxunub:25324
Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə “Onkavkaz” saytı məlumat yayıb.

Məlumata görə, Çamsulvara İraqda "İŞİD" tərkibində döyüşüb. O, İraqa getdikdən sonra adını dəyişib və “Al Bara” adını götürüb. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Qeyd edək ki, sərbəst güləş yığmamızın sabiq üzvü Çamsulvara Çamsulvarayev 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında bürünc medal qazanıb. 2009-cu ildə keçirilən Dünya çempionatında isə gümüş medal sahibi olub. Yığmamızın sabiq üzvü 2009-cu ildə keçirilən Avropa çempionatının qızıl mükafatını qazanıb. Həmçinin Avropa çempionatının 3 dəfə bürünc mükafatçısı olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti