Papa Peresin dəfnindən imtina etdi, Bakıya gəlir

Papa Peresin dəfnindən imtina etdi, Bakıya gəlir
  29 Sentyabr 2016    Oxunub:2567
Roma Papası Fransisk Gürcüstan və Azərbaycana başlayacaq səfəri ilə əlaqədar İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasiminə qatıla bilməyəcək.
AzVision.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə rəsmi Vatikan məluma yayıb.

Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, Papanın Tbilisiyə səfəri əvvəlcədən planlaşdırılan qrafik üzrə baş tutacaq.

Ötən gün xarici KİV-lərdə Roma Papasının dəfn mərasimində iştirak edəcəyi haqda məlumatlar yayılmışdı. Onun ABŞ prezidenti Barak Obama və Fransa lideri Fransua Ollandla birlikdə mərasimdə iştirakı gözlənilirdi.

Qeyd edək ki, Papa Fransik sentyabrən 30-u Gürcüstana gedəcək. Həmin gün Şimon Pereslə vida mərasimi keçiriləcək.

Oktyabrın 2-də Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti