`Biz Ərdoğanı dəstəkləmədik` - Rusiya XİN

`Biz Ərdoğanı dəstəkləmədik` - Rusiya XİN
  29 Sentyabr 2016    Oxunub:2554
“Türkiyədə çevrilişə cəhd zamanı biz prezident Rəcəb Tayyib Ərdoğanı deyil, beynəlxalq hüququ dəstəklədik”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarovla bildirib ki, Mosvka məlum hadisələr zamanı şəxsən Ərdoğanın deyil, Türkiyə dövlətinin mövqeyini dəstəkləyib: “Ərdoğanın mövqeyini dəstəkləmədiyimizi vurğulamaq istəyirəm. Bu, bizim sevdiyimiz və ya sevmədiyimiz bir şəxsə dəstək verəcəyimiz mövzu deyil. Çünki, bu, dalandır. Bizim xarici siyasətimiz yalnız bir prinsipə əsaslanır: beynəlxalq hüquqa uymaq və hörmət etmək, BMT-nin əsas prinsiplərinə bağlı olmaq. Biz Konstitusiya hökumətini, seçilmiş hökuməti dəstəklədik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti