`Azərbaycan dövləti xalqın fikrinə önəm verir` - Jirinovski

`Azərbaycan dövləti xalqın fikrinə önəm verir` - Jirinovski
  29 Sentyabr 2016    Oxunub:1697
“Konstitusiyada edilən dəyişikliklər Azərbaycanı daha təhlükəsiz və inamlı edəcək”.

AzVision.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski “Moskva-Baku” nəşrinə verdiyi müsahibəsində Azərbaycanda keçirilən referendumun nəticələri şərh edərkən bildirib.

“Referendum – vətəndaşların iradəsinin nümayişinin ali formasıdır. Ölkənin Konstitusiyasına dəyişikliklər edilməsinə dair məsələnin həllində Azərbaycanın belə demokratik formaya müraciət etməsi yaxşıdır, bu, o deməkdir ki, dövlət xalqın fikrinə önəm verir.

Konstitusiyaya dəyişikliklərin edilməsi bütün dünyada təcrübədən keçirilir, məqsəd isə ölkə qanunvericiliyinin təkmilləşdirməkdir. Əminik ki, Konstitusiyada edilən dəyişikliklər Azərbaycanın siyasi həyatını yaxşılaşdıracaq, onu daha da təhlükəsiz və inamlı edəcək”, - Jirinovski müsahibəsində bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti