Pakistan Hindistanla sərhəddən əhalini təxliyə edir

Pakistan Hindistanla sərhəddən əhalini təxliyə edir
  29 Sentyabr 2016    Oxunub:1449
Hindistan və Pakistan hərbçiləri arasında Kəşmirdəki nəzarət xəttində baş verən toqquşmadan sonra hər iki ölkə sərhədyanı rayonların sakinlərini təxliyə edir.
AzVision.azxarici KİV-lərə istinadla xəbər verir ki, sentyabrın 29-da Pakistan ordusu Hindistan hərbçilərinin nəzarət xəttinə zərbələr endirib. Atışma nəticəsində iki pakistanlı hərbçi həlak olub. Hindistan isə öz növbəsində Cammu və Kəşmir bölgəsinə daxil olmağa və orada terror hücumları təşkil etməyə çalışan yaraqlıların yerləşdiyi rayonlara zərbələr endirdiyini açıqlayıb.

İnsidentlə əlaqədar hər iki ölkənin daxili işlər nazirlikləri sərhədyanı ərazilərdə yaşayan əhalinin təxliyə olunmasına qərar verib. Bundan başqa, hərbçilər hadisənin baş verdiyi yerə yaxın yaşayış məntəqələrindəki sakinləri evlərini tərk edərək təhlükəsizlik ərazilərə getməyə çağırırlar.

Sərhədçilərin gücləndirilmiş xidmət rejiminə keçdikləri bildirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti