ABŞ-da qatar qəzası - 100-dən çox yaralı var

ABŞ-da qatar qəzası - 100-dən çox yaralı var
  29 Sentyabr 2016    Oxunub:2662
ABŞ-ın Nyu-Cersi ştatında Hoboken stansiyasında sərnişin qatarı platformaya çırpılıb.
Bu barədə ABC News məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 100-dən çox insan yaralanıb.

Hadisənin baş verdiyi əraziyə çoxsaylı təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Hazırda stansiyada qatarların hərəkəti tamamilə dayandırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti