`Azərbaycanlılar uşaqlarına türk adları qoyur` - Məşhur prodüser

`Azərbaycanlılar uşaqlarına türk adları qoyur` - Məşhur prodüser
  30 Sentyabr 2016    Oxunub:2344
Bolqarıstan, Azərbaycan və bir çox ərəb ölkələrində yeni doğan uşaqlara Barış, Halit, Mərəm, Bərən, Serenay, Kıvanc və s. Türkiyə seriallarının aktyorlarının adları verilir.
AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Yaxın Şərq televiziyalarına illərdir İstanbul nümayəndəliyi edən prodüser Savaş Uğurlu bildirib.

O qeyd edib ki, türk oyunçularının adlarına xaricdə rəğbət artıb.

“Kıvanc Tatlıtuğ, Tuğba Büyüküstün, Songül Ödən, Sədəf Avcı, Burak Özcivit, Buğra Gülsoy, Halit Ərgənc, Kənan İmirzalıoğlı, Məryəm Üzərli və s. Türkiyə aktyorlarının seriallardakı rollarından ilhamlanaraq Yaxın və orta Şərq ölkkələri, Azərbaycan və Bolqarıstanda yeni doğulan uşaqlara onların adları verilir” - deyə prodüser vurğulayıb.

Aytən ZƏHRA
AzVision.az



Teqlər:  





Xəbər lenti