`Qarabağ münaqişəsinin həlli mümkün deyil` - Kerridən sensasion açıqlama
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.
“Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür. Hər şeydən əvvəl liderlər buna hazır deyillər. Lakin İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil. Bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə onları keçmişdə qoymağın yolları mümkündür. Düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az