Beynəlxalq təşkilatlar Sarkisyana şərt qoydu

Beynəlxalq təşkilatlar Sarkisyana şərt qoydu
  30 Sentyabr 2016    Oxunub:1896
Ermənistan hakimiyyəti Dünya Bankının (DB) noyabr ayında keçiriləcək iclasına qədər yeni Vergi Məcəlləsini qəbul etməyə çalışır.
AzVision.az “Aykakan jamanak”-a istinadən xəbər verir ki, noyabr iclası zamanı DB Ermənistana kredit ayrılıb -ayrılmamasına dair qərar qəbul edəcək.

“Məlumdur ki, beynəlxalq təşkilatlar Ermənistana kredit ayrılması üçün büdcəyə vergi daxilolmalarının 60-70 milyard drama qədər artırılması şərtini qoyub. Vergi Məcəlləsini qəbul etməklə Ermənistan rəhbərliyi bu şərti yerinə yetirməyə çalışır. Əks halda 2017-cü ildə donor təşkilatlar ölkəmizə kredit verməyəcəklər”, - deyə nəşr yazır.

Dövlət xərcləri üzrə parlament Komitəsinin sədr müavini Vaxtanq Mirumyan müsahibəsində bu cür tələblərin mövcud olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti