Timoşenko yeni `Maydan` hazırlayır

Timoşenko yeni `Maydan` hazırlayır
  30 Sentyabr 2016    Oxunub:1715
Ukrayna mediasının yaydığı xəbərlərə görə, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko yeni “Maydan” hadisəsi hazırlayır. Ukrayna KİV-i gözlənilən aksiyanı şərti olaraq “Tarif Maydanı” adlandırırlar.

AzVision.az `Apostrof`a istinadən bildirir ki, “Batkivşina” artıq 500-ə yaxın çadır alıb və minlərlə insanı Maydana toplamaq niyyətindədir. Aksiya oktyabrın 11-nə planlaşdırılıb. Həmkarlar Təşkilatlarını da onu dəstəkləyəcəyi gözlənilir.

Etirazlar qaz və elektrik tariflərinin bahgalaşması ilə əlaqədər keçiriləcək. Belə ki, iyulun 1-dən əhali üçün qazın, sentyabrın 1-dən isə işığın qiyməti qalxıb.

Samir Quliyev
AzVision.az


Teqlər:  





Xəbər lenti