Türkiyədə 160-dan çox `Gülənçi` saxlanılıb

Türkiyədə 160-dan çox `Gülənçi` saxlanılıb
  30 Sentyabr 2016    Oxunub:1119
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı keçirilən əməliyyatda İstanbulun Qaziosmanpaşa və Büyükçekmece rayonlarının ədliyyə idarələrinin 87 əməkdaşı tutulub.
AzVision.az-ın "Hürriyyət" qəzetinə istinadən məlumat verir ki, polis 23 vilayətdə məhkəmə binasında əməliyyat və axtarış aparıb. Ümumlikdə isə 162 dövlət qulluqçusu saxlanılıb. Şübhəlilər İstanbulun Təhlükəsizlik İdarəsinə aparılıblar.

Onlar "ByLock" kompüter əlaqələndirmə proqramından istifadə etməkdə şübhəli bilinirlər. FETÖ lideri bu proqram vasitəsilə tərəfdarlarına müxtəlif təlimatlar verib.

Əməliyyat zamanı, həmçinin islahedici müəssisələrin 75 əməkdaşı tutulub. Saxlanılan şəxslərin evlərində axtarış aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl İstanbulun Bakırköy, Anadolu, Adalet, Qaziosmanpaşa, Küçükçekmece, Büyükçekmece, Silivri rayonlarının ədliyyə idarələrinin 293 əməkdaşı nəzarət altına alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti