Şimon Peres dəfn edildi

Şimon Peres dəfn edildi
  30 Sentyabr 2016    Oxunub:1659
İsrailin keçmiş prezidenti Şimon Peres dəfn edilib.
AzVision.az İsrail KİV-inə istinadən xəbər verir ki, İsrailin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub.

Şimon Peresin dəfn mərasiminə ABŞ prezidenti Barak Obama ilə yanaşı on minlərlə sıravi vətəndaş, 70-dən artıq ölkənin nümayəndə heyətləri iştirak edib/

Azərbaycanı isə dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti