Hindistanla Pakistan arasında müharibə başlayır - Xeyli ölən var

Hindistanla Pakistan arasında müharibə başlayır - Xeyli ölən var
  30 Sentyabr 2016    Oxunub:12705
Sentyabrın 29-da gecə saatlarında Hindistan Ordusuna məxsus helikopterlər Kəşmirdə sərhədi keçərək Pakistan ərazisinə desant atıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, xüsusi təyinatlılar gizli olaraq islamçı döyüşçülərin düşərgələrinə hücum edib. İslamçılarla Hindistan xüsusi təyinatlıları arasında qısa döyüş baş verib. Nəticədə üç qruplaşmanın 38 döyüşçüsü, eləcə də 9 Pakistan hərbçisi öldürülüb.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi əməliyyata baş nazir Narendra Modi şəxsən rəhbərlik edib. İnsidentdən bir neçə saat sonra Pakistan artilleriyası Hindistanın sərhəd məntəqələrini atəşə tutub. Rəsmi İslamabad 21 hindistanlı əsgərin öldüyü barədə məlumat yayıb.

Nyu-Dehli Pakistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən bütün əhalini təxliyə etməyə, təcili olaraq qoşunlarını yenidən formalaşdırmağa başlayıb. İki nüvə silahı nəhənginin müharibə astanasında olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti