Gürcülər Papanın səfərinə etiraz edir - FOTO

Gürcülər Papanın səfərinə etiraz edir - FOTO
  30 Sentyabr 2016    Oxunub:1708
Roma Papası Fransiskin Gürcüstana səfəri ərəfəsində bir qrup şəxs Tbilisi Beynəlxalq Hava Limanının yaxınlığına toplaşaraq etiraz aksiyası keçirib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyası pontifikin Tbilisiyə gəlməsinə bir saat qalmış başlayıb.

“Aeroportun yaxınlığında 20-30 nəfər toplaşıb. Onlar özləri ilə ingilis və gürcü dillərində “Vatikan –dini təcavüzkar”, “Papa sənin gəlişinə pravoslav Gürcüstanda şad deyillər” yazılmış plakatlar gətiriblər”-deyə məlumatda qeyd edilib.



Qeyd edək ki, bu gün Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana səfəri başlayır. Papa hər iki ölkədə siyasi və dini liderlərlə görüşlər keçirəcək.

Üçgünlük səfər çərçivəsində Papa Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Oktyabrın 1-də Fransisk Mixail Meshi adına stadionda dini ayin keçirəcək. Bundan sonra o, Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti