Çavuşoğlu və Kerri arasında telefon danışığı olub

Çavuşoğlu və Kerri arasında telefon danışığı olub
  01 Oktyabr 2016    Oxunub:1279
Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilir: “Sentyabrın 30-da ABŞ tərəfinin təşəbbüsü ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı Suriya böhranı, o cümlədən Hələbdəki son vəziyyət və ölkəyə humanitar yardımın çatdırılması məsələsi müzakirə edilib. Tərəflər adıçəkilən məsələlər ətrafında fikir mübadiləsi aparıb, yaxın gələcəkdə görüləcək mümkün tədbirləri müzakirə ediblər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti