Papa stadionda dini ayin keçirir – CANLI YAYIM

Papa stadionda dini ayin keçirir – CANLI YAYIM
  01 Oktyabr 2016    Oxunub:3060
Roma Papası Fransisk hazırda Tbilisidə Mixail Meshi adına stadionda dini ayin keçirir.

Mərasimdən sonra Papa Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

AzVision.az mərasimdən canlı yayımı təqdim edir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti