Papa Qafqazda münaqişələri həll etməyə çağırdı

Papa Qafqazda münaqişələri həll etməyə çağırdı
  01 Oktyabr 2016    Oxunub:1465
Roma Papası Fransisk Gürcüstana səfərinin ilk günündə siyasətçiləri regionda mövcud olan münaqişələrin həll etməyə çağırıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Papa Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşü zamanı bildirib.

“Heç bir etnik, dil, dini və ya siyasi fərq "münaqişələrin əbədi faciəyə" çevrilməsi üçün istifadə oluna bilməz”, - deyə Roma Papası vurğulayıb.

Fransisk, eyni zamanda beynəlxalq hüquq çərçivəsində hər bir dövlətin hüquq və suverenliyinə riayət etməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti