Xaçaturov gedir, yerinə Ohanyan gətirilir

Xaçaturov gedir, yerinə Ohanyan gətirilir
  01 Oktyabr 2016    Oxunub:3485
Ermənistan ictimaiyyətinin gözləntilərinin əksinə olaraq prezident Serj Sarkisyan yeni müdafiə və xarici işlər nazirləri təyin etməyə tələsmir.
AzVision.az “Aykakan Jamanak”-a istinadən xəbər verir ki, Karen Karapetyan sentyabrın 13-də baş nazir təyin olunub və Konstitusiyaya əsasən ona hökuməti formalaşdırması üçün verilən vaxt oktyabrın 3-də başa çatır.

Qəzetin iddiasına görə, müdafiə naziri postuna Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyanın gətiriləcəyi, xarici işlər naziri Edvard Nalbandyanın isə vəzifəsində qalacağı hamıya məlumdur.

“Aykakan Jamanak” qəzeti müdafiə naziri postundan uzaqlaşdırılacağı gözlənilən Seyran Ohanyanın taleyinin aydınlıq gətirib. Nəşr yazır ki, Ohanyana iki vəzifə - Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Təhlükəsizlik Şurasının baş katibi vəzifələri təklif olunub.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturov postunu tərk etmək niyyətində deyil. Nəşrin məlumatına görə, Xaçaturov mövqeyin möhkəmləndirmək üçün Rusiyaya gedib. Ehtimal edilir ki, Ohanyan ən pis halda Baş Qərargah rəisi təyin olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti