“Rusiya ABŞ-ın müstəmləkəsi deyil”

“Rusiya ABŞ-ın müstəmləkəsi deyil”
  12 Avqust 2013    Oxunub:1223
ABŞ prezidenti Baraka Obamanın Rusiya prezidenti Vladimir Putini sinifdə arxa cərgədə oturan uşaqlara bənzətməsinə Rusiyadan sərt reaksiya gəlib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Tvitter sosial şəbəkəsində Barak Obamanın sözlərinə münasibət bildirib. O, Rusiyanın Amerikanın siyasi müstəmləkəsi olmadığını vurğulayıb: “Vaşinqtonda oturanlar başa düşməlidir ki, Rusiya ABŞ-ın siyasi müstəmləkəsi deyil. Rusiya artıq Yeltsin Rusiyası deyil”.

Məlumat üçün bildirək ki, Rusiyanın ABŞ Federal Tədqiqatlar Bürosunun keçmiş işçisi Snoudenə siyasi sığınacaq verməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

Fatimə



Teqlər:  





Xəbər lenti