BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi
  01 Oktyabr 2016    Oxunub:1158
BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik oktyabrın 1-də Rusiyaya keçib.
AzVision.az `RİA Novosti` agentliyinə istinadən xəbər verir ki, Rusiya sədrliyi Yeni Zelandiyadan təhvil alıb və noyabrın 1-də Seneqala ötürəcək.

Rusiyanın TŞ sədri olacağı oktyabr ayı ərzində 20-dək iclasın keçirilməsi gözlənilir. İlk iclas oktyabrın 3-də olacaq.

Oktyabr ayı ərzində BMT TŞ-nın iclaslarının əsas gündəliyi də açıqlanıb. Rusiyanın sədrliyi ilə BMT TŞ-də Afrikadakı münaqişələr, həmçinin Yaxın Şərqdəki vəziyyət - Suriya, Livan, Yəməndəki durum əsas müzakirə mövzusu olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti