Aİ Azərbaycanla münasibətləri bərpa etmək istəyir

Aİ Azərbaycanla münasibətləri bərpa etmək istəyir
  01 Oktyabr 2016    Oxunub:1607
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında möhkəm tərəfdaşlıq münasibətləri var.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı səfiri Malena Mard bildirib.

Mard ötən gün Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə münasibətlərin bərpası ilə bağlı qərarına toxunub: "Şadam ki, Milli Məclis Avronest PA-ya qayıtmaqla bağlı məsələni nəzərdən keçirməyə qərar verdi".

Xanım diplomat bir müddət əvvəl Azərbaycanda səfərdə olan Avropa parlamentarilərinin azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını açıq şəkildə bildirdiklərini vurğulayıb: "Avropa İttifaqı Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlıdır. Yaxın vaxtlarda bu məsələlərin qanunvericilik səviyyəsində də öz əksini tapacağına ümid edirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti