`Ermənilər dostluğumuzu poza bilməzlər` - Fransalı parlamentari (EKSKLÜZİV)

`Ermənilər dostluğumuzu poza bilməzlər` - Fransalı parlamentari (EKSKLÜZİV)
  01 Oktyabr 2016    Oxunub:2372
“Fransa ilə Azərbaycan dost ölkələrdir. Son illər bu dostluq daha da güclənib. Bu gün Fransada Azərbaycan, eləcə də azərbaycanlılara qarşı xoş münasibət var”.

Bunu AzVision.az-a müsahibəsində Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun prezidenti, ATƏT-in Parlament Assambleyasında Fransa nümayəndə heyətinin rəhbəri Michel Voisin (Mişel Vuazən) deyib.

Fransa-Ermənistan Parlamentlərarası Dostluq Qurupunun da üzvü olan Michel Voisin Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Fransada yaşayan ermənilərin oradakı azərbaycanlılara qarşı qərəzini gizlətməyən deputat qeyd edib ki, onların məlum cəhdləri Fransa ilə Azərbaycan arasındakı dost münasibətlərə təsir edə bilməz:

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Fransa cəmiyyətində zaman-zaman çaşqınlıq yaradır. Unutmayaq ki, Fransada çox güclü erməni diasporası mövcuddur. Bu üstünlük bəzi hallarda qabarıq görünsə də, iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilməz.

M.Viosin Fransa və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin təşviqinə tövhə verən mədəni tədbirlər, eləcə də iki ölkə arasında mövcud tərəfdaşlığa qarşı yönəlmiş cəhdlərin Azərbaycan haqqında müsbət fikir formalaşmasına çox böyük təsir etdiyini deyib:

- Bilirsiniz, Fransada Azərbaycan, xüsusilə Heydər Əliyev Fondu, çoxsaylı mədəni tədbirlər keçirir. Mən özüm də, Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində tez-tez oluram. Ölkə başçısı cənab Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın Parisdə prezident iqamətgahı olan Elize sarayında yüksək səviyyədə qarşılanması, çox saylı ikitərəfli görüşlər bütün bunları təsdiq edir.

Səid Musayev
AzVision.az


Teqlər:  





Xəbər lenti