Hindistan telekanallarının yayımına qadağa

Hindistan telekanallarının yayımına qadağa
  01 Oktyabr 2016    Oxunub:1558
Pakistanın elektron KİV-lərin fəaliyyətini tənzimləyən orqanı (Pakistan Electronic Media Regulatory Authority, PEMRA) oktyabrın 1-də ölkə ərazisində Hindistan informasiya kanallarının “qanunsuz” yayımını tam qadağan edən qərar verib.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, qərar oktyabrın 15-dən qüvvəyə minəcək. Qadağaya məhəl qoymayaraq yayımı davam etdirən kabel televiziya kompaniyalarına qarşı sərt tədbirlər görüləcək.

Bir qədər əvvəl Pakistandakı kinoteatrlar Hindistanın ölkə ərazisindəki 7 rayona zərbələr endirməsi nəticəsində iki pakistanlı hərbçinin ölümünə cavab olaraq hind filmlərini yayımlamaqdan imtina etdiyini bildirmişdi.

Qeyd edək ki, yaraqlıların Kəşmirdə yerləşən hərbi hissəyə hücumundan sonra iki ölkə arasında gərginlik artmağa başlayıb. Həmin hadisə nəticəsində Hindistan ordusunun 18 hərbçisi həlak olmuşdu. Nyu-Deli yaraqlıların Pakistan ərazisindən gəldiyini iddia etsə də, İslamabad insidentlə əlaqəsinin olmadığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti