Putin sabah gəlir

Putin sabah gəlir
  12 Avqust 2013    Oxunub:1133
Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işgüzar səfər edəcək.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Rusiyan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, həmçinin `Rosoboroneksport`un baş direktoru Anatoli İsaykin, Rostneft və Lukoil rəhbərləri İqor Seçin və Vahid Ələkbərov , Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlar üzrə rəhbəri İqor Brakçikov daxildir.

Uşakov qeyd edib ki, avqustun 13-ü müzakirələrin aparıldığı bir vaxtda Rusiyanın Xəzər donanmasını `Dağıstan və kiçik artilleriya gəmisi `Volqadonsk`da Bakıya dostluq səfəri edəcək.

O, mövcud danışıqlar çərçivəsində beş-altı rəsmi sənədin imzalanacağını və danışıqlarının əsasının nəqliyyat-energetika sahəsində aparılacağını vurğulayıb.

Qeyd edək ki, bu, Putinin Azərbaycana prezident kimi 4-cü səfəri olacaq. Sonuncu dəfə o, Bakıda 2007-ci ildə, Azərbaycanda Rusiya ilinin açılış mərasimində olub.

Mirvari




Teqlər:  





Xəbər lenti