Roma Papası Heydər Məscidini ziyarət edib

Roma Papası Heydər Məscidini ziyarət edib
  02 Oktyabr 2016    Oxunub:1432
Oktyabrın 2-də Roma Papası Fransisk ölkəmizə səfəri çərçivəsində Heydər Məscidində olub.
Papa Fransisk Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşüb.

Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Heydər məscidi barədə məlumat verib.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Daha sonra şeyxülislam Allahşükür Paşazadə və Papa Fransisk təkbətək görüşüblər.

Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşdə şeyxülislam Allahşükür Paşazadə və Papa Fransisk çıxış ediblər.

Sonda Roma Papası Fransisk dini icmaların rəhbərləri ilə söhbət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti