Nazir qitə ilə ölkəni səhv saldı

Nazir qitə ilə ölkəni səhv saldı
  03 Oktyabr 2016    Oxunub:8711
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Afrika qitəsini səhv salaraq “ölkə” adlandırıb.
AzVision.az `The Independent`-ə istinadən xəbər verir ki, çıxışı zamanı Conson Böyük Britaniyanın beynəlxalq aləmdə işlərini yüksək qiymətləndirərək bəyan edib. Bildirib ki, Britaniya dəyərləri dünyanı yoxsulluq səviyyəsini aradan qaldırmaqda davam edir.

Nazirin fikrincə, Afrika Britaniya dəyərlərini qəbul etməklə böyük həcmdə xeyir əldə edə, bu kontinenti avtoritarizmə sürüklənməkdən xilas edə bilərdi.

"Afrika qlobal iqtisadi sistemə daxil olduqdan sonra ölkədə orta ömür diqqət çəkici dərəcədə artıb", - deyə Conson bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti