Putin Nazarbayevlə görüşə gedir

Putin Nazarbayevlə görüşə gedir
  03 Oktyabr 2016    Oxunub:2190
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Qazaxıstan lideri Nursultan Nazarbayevlə görüşmək üçün Astanaya gedir.
AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, liderlər Avrasiya İqtisadi Birliyində qarşılıqlı əlaqələri müzakirə edəcək.

Bundan əlavə tərəflər həm regional, həm də beynəlxalq gündəmdə olan məsələlər barədə fikir mübadiləsi aparacaq.

Görüşün sonunda Putin və Nazarbayev hər iki ölkənin sahibkarlarının iştirak edəcəyi Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti