Bağdadini zəhərlədilər – Kütləvi həbslər başladı

Bağdadini zəhərlədilər – Kütləvi həbslər başladı
  03 Oktyabr 2016    Oxunub:8374
İŞİD terror təşkilatının lideri Əbu Bakr-əl Bağdadiyə qarşı sui-qəsd cəhdi olub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda Naynavada olan Bağdadini zəhərləmək istəyiblər.

Agentliyin məlumatına görə, əl-Bağdadinin yeməyinə zəhər qatıblar.

“Kəşfiyyat məlumatlarına görə, İŞİD lideri Bağdadi və daha üç komandir onlara verilən yeməkdən zəhərlənib”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, hadisə Mosulun cənub-qərbində baş verib: “İŞİD əl-Bağdadinin olduğu ərazidə kütləvi həbslərə başlayıb. Zəhərlənənən şəxslər ciddi nəzarət altında naməlum istiqamətdə aparılıblar”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti