`Azərbaycanla Aİ arasında əməkdaşlıq bərpa olunub`

`Azərbaycanla Aİ arasında əməkdaşlıq bərpa olunub`
  03 Oktyabr 2016    Oxunub:1693
“Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar mövcud əməkdaşlıq mexanizmi çərçivəsində bərpa olunub və münasibətlər yüksələn xətt üzrə inkişaf edir ki, bu da çox yaxşı göstəricidir”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə Latviya Seyminin sədri İnara Murnietse deyib. Azərbaycana səfərinin məqsədi barədə danışan seym sədri deyib ki, bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlıdır:

“Şox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa Parlamenti ilə münasibətləri yenidən qurur. Bu, olduqca müsbət haldır. Biz Avropa İttifaqının üzvü olaraq Şərq tərəfdaşlığı məsələsini daim diqqətdə saxlayırıq. Latviya 2015-ci ildən etibarən Avropa İttifaqı şurasına rəhbərlik edir. Rəhbərlik müddətində Şərq tərəfdaşlığı ölkələri ilə münasibətləri yüksək səviyyədə izləməyə çalışırıq”.

Qeyd edək ki, bu gün Latviya seyminin sədri İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti